Azərbaycanın yeni snayper tüfəngi

Day.Az представляет новость на азербайджанском языке

Müdafiə Sənayesi Nazirliyi "ADEX 2016" Beynəlxalq Müdafiə Sərgisində yeni snayper tüfəngini nümayiş etdirib.

Day.Az azvision.az-a istinadən bildirir ki, nümayiş etdirilən iri çaplı NST - 14,5 mm snayper tüfənginin çəkisi 19 kq, atış məsafəsi 2000 m, hədəfi məhv etmə məsafəsi 1600 m-dir.

Yeni NST snayper tüfəngi yığılan qundağa malikdir, qundaqla birlikdə uzunluğu 1,9 m, qundaq yığılanda isə uzunluğu 1,6 m-dir. Darağı 5 güllə tutumuna malik olan snayper tək atışlı sistemə malikdir. Həmçinin yeni snayper tüfənginin optik nişangahı yerli məhsuldur. 

MSN-in müəssisəsində yeni hazırlanan NST snayper tüfəngi daha da təkmilləşdiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.