Qatarla aeroporta getmək mümkün olacaq - VİDEO

Heydər Əliyev Beynəlxalq Hava Limanına dəmiryolu xətti çəkiləcək. Bakı Dəmiryolu Vağzalını aeroportla birləşdirəcək bu xəttin uzunluğu 25 kilometr olacaq

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, artıq Azərbaycan Hava Yolları" QSC rəhbərliyi ilə razılığa gəlinib. İlk növbədə hava daşımalarının təhlükəsizliyi məsələsi nəzərə alınacaq.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Minskin "Stadler" zavodundan aldığı iki qatarın istifadəsi nəzərdə tutulur.

Dəmiryolunun qurulması zamanı aeroport daxili yollarla kəsişmədə hərəkət edən avtomobillərin hərəkət marşurutu dəyişdiriləcək. Layihəyə görə dəmiryolunun keçəcəyi sahədə heç bir tikili plana düşməyəcək. Nadir Əzməmədfov deyir ki tariflər haqqında danışmaq isə hələ tezdir.

Нажмите на видео для просмотра:
Qatarla aeroporta getmək mümkün olacaq