Ermənistanda məktəblərdə vəziyyət qarışdı

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Ermənistanın Araqatsotn rayonunun məktəblilər tətil elan ediblər.

Day.Az virtualaz.org-a istinadən bildirir ki, sökülüb dağılmış, qəza vəziyyətində olan binada təhsil almaq istəməyən məktəblilər əvvəlcə bir neçə otağa girişi bağlayıblar, sonradan isə küçəyə çıxaraq bundan sonra bu binaya gəlməyəcəklərini bildiriblər. Onların fikrincə, binaya daxil olmaq həyat üçün təhlükəlidir.

Hadisə yerinə gəlmiş Araqatsotn rayonu rəhbərliyinin nümayəndələri yeniyetmələri binaya qaytarmağa və qarışıqlığa son qoymağa çalışıblar, lakin onlara qulaq asan olmayıb. Həmçinin məlum olub ki, Vardenisdə yeni məktəbin tikintisi üçün hələ 2011-ci ildə hökumət 430,7 milyon dram (təxminən 1 milyon dollar) vəsait ayırıb. Bu pulların hara yoxa çıxdığını bilmək elə də çətin deyil.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.