Ərindən ayrılan Ebru Gündeşin var-dövləti

Day.Az представляет новость на азербайджанском языке

Son günlərin ən gözlənilməz xəbərlərindən biri müğənni Ebru Gündeşin həbsdə olan həyat yoldaşı Rza Zərrabdan boşanmaq üçün ərziə verməsidir.

Day.Az axşam.az-a istinadən bildirir ki, bu boşanmanı planlı, Rzanın mal-mülkünün qorunması üçün atılmış addım kimi qiymətləndirənlər də var. Lakin Ebrunun həyat yoldaşının bahalı hədiyyələrindən və var-dövlətindən imtina etdiyi ortaya çıxıb. 

O, Rzanın doğum günü hədiyyəsi olan Kanlıcadakı əkiz villaları istəməyib. Müğənni ərinin ona aldığı, mediada uzun müzakirələrə səbəb olan bahalı yarış atını da 2 il yarım əvvəl atçılıqla maraqlanmadığı üçün geri qaytarıbmış. Evlilik dönəmində tez-tez bahalı hədiyyələrlə gündəmə gələn, "Rza mənə Marsı alacaq" deyən Ebru boşanma ərizəsində ərindən heç bir şey tələb etməyib.

Mediada E.Gündeşin var-dövləti haqda maraqlı məlumat yayılıb.

Rza Kanlıcada yerləşən əkiz villaları 2011-ci ildə almaq istəyərkən bank krediti mövzusunda problem yaşayıb. Cütlük problemi həll etmək üçün hər iki villanı ayrı-ayrı kreditlərlə satın alıb. Gündeş onun adına olan, amma kredit borcunu Rza ödəyən villanı yanvarın 8-də borc bitən kimi ərinə qaytarıb.

Ebru Gündeşin illər öncə Ulus və Acerkentdə aldığı evlərdən birində anası, digərində qardaşı yaşayır. Evliliyi boyunca konsertlərinə, televiziya proqramlarına və reklam çəkilişlərinə fasilə verməyən müğənni "Sapphire Rezidans"dan da bir ev alıb. Gündeşin Etiler istiqamətində də bir evi var.

Qatıldığı bir auksionda Nazmi Ziyanın çəkdiyi tablonu 1 milyon 50 min lirəyə alan Rzanın bu rəsmi Ebruya Yeni il hədiyyəsi olaraq verildiyi deyilmişdi. Lakin həmin tablo da müğənninin adına deyilmiş.

Gündeşin Zərraba aid olan xüsusi təyyarədən istifadə etməsi xəbərləri də medianın uydurması imiş.

İndi Ebru Gündeş məsələləri qızı Alaranı narahat etməyəcək şəkildə həll etməyə çalışır. O, hazırda yeni ev axtarışındadır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.