Azərbaycanlı aktyor əməliyyat ediləcək

Day.Az представляет новость на азербайджанском языке

"ARB Günəş"in efirində yayımlanan "Günəşlə oyan" verilişində  qonaq olan aktyor Rəhim Rəhimov əməliyyat olunacağı tarixi açıqlayıb.

Belə ki, əməliyyat aprel ayında Bakı şəhərində baş tutacaq.

Aktyor qeyd edib ki, uzaq qohumlarından biri ona donor olacaq: "Həmin şəxs həkimlərin nəzarətindədir və mütəmadi müayinə olunur. Bundan əlavə o, 10-12 kq arıqlamalıdır. Məhz bu səbəbdən əməliyyatın zamanı uzadılır".

Xatırladaq ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışan sənətçi böyrək çatışmazlığından əziyyət çəkir.

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı aktyor əməliyyat ediləcək

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.