Nəhəng başlı insan yardım gözləyir

Day.Az представляет новость на азербайджанском языке

Siması ağır xəstəlik nəticəsində fəsadlı və ciddi deformasiyalara məruz qalmış bu şəxs cərrahiyyə əməliyyatları sayəsində dərdinə əlac tapılacağını düşünür.

53 yaşlı Sya Yuanhay Çinin cənub-qərbindəki Çunsin vilayətində, Laotu kəndində yaşayır.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, Syada anadangəlmə sifət hiperplaziyası olduğundan onun üz sümükləri və əzələləri anormal inkişaf edərək deformasiyaya uğrayıblar.

Sya eşitmir.

"Bu bəladan qurtulmaq istəyirəm. Əməliyyatlar çox bahadır. Yardım etsəydilər, yaxşı olardı", - Sya Yuanhay deyib.

Syanın dediyinə görə, qardaşı  zəruri əməliyyatlar üçün pul yığmağa çalışır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.