QALMAQAL: Canlı yayımda imamı döydülər

Day.Az представляет новость на азербайджанском языке

Misirdəki LTC telekanalında məşhur teleaparıcı və şərhçi Mohəmməd Qeytinin "Gedişat" proqramında qalmaqal yaşanıb.

Milli.Az Mansheet-ə  istinadən bildirir ki, liberal mövqeyi ilə tanınan Avstraliya müftisi, imam Mustafa Rəşid hicabdan danışırdı.

"Qurani-Kərim hicabı müsəlman qadınlara məcbur buyurmur. Hicab vacibat deyil, fərzdir. Daha doğrusu, ənənənin, adətin simvoludur", - imam Rəşid söyləyib.

Avstraliya müftisinin bu sözləri studiyadakı digər qonağın, hüquqşünas Nabih əl Vəhşin qəzəbinə səbəb olub. Əl Vəhş ayağındakı çəkməsini  çıxararaq imamı söyməyə, sonra da döyməyə başlayıb. O, çəkmə ilə imamın başına vurub.

Mustafa Rəşid studiyanı tərk edib, aparıcı Məhəmməd Qeyti isə tamaşaçılardan üzr istəyib.

Videonu izləmək üçün şəklə klikləyin:

Canlı yayımda imamı döydülər

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.