Günay Musayeva qısa şortiki ilə diqqət çəkdi

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Bakıda keçirilən dəfiləyə qatılıb. 

Day.Az axşam.az-a istinadən bildirir ki, model tədbirə geyindiyi qısa şortiki ilə diqqət çəkib. 

G.Musayeva əməkdaşımızla söhbətində yeniliklərindən danışıb. Model yaxın günlərdə yeni bir serialla efirə qayıtdığını bildirib:

"Oktyabrın 13-dən "Show tv"də yeni bir serial yayıma başlayacaq. Onun dördüncü bölümündən mən də varam. Siyasi mövzuda olan ekran işi "Cesur yürek" adlanır. 

İkinci layihəm isə moda verilişidir. "Moda polisi" adlanır. Bu layihə Rusiyada da olmuşdu və çox maraqlıdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.