Bakıda evdən 30 minlik oğurluq

Day.Az представляет новость на азербайджанском языке.

Bakıda mənzildən oğurluq olub.

Mill.Az xəbər verir ki, report-un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsindəki evlərdən birində qeydə alınıb.

Orada yaşayan 32 yaşlı Heyran Hüseynovaya məxsus mənzildən açar seçmə yolu ilə 10 min ABŞ dolları pul və 20 min ABŞ dollar dəyərində qızıl-zinyət əşyaları oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.