Azərbaycanın yeni məşğulluq strategiyası hazırlanır

Day.Az представляет новость на азербайджанском языке

Yüksək maaşlı yeni iş yerləri yaradılacaq və insanların iş problemi daha çevik həll olunacaq. Bu yeni hazırlanan məşğulluq strategiyası ilə mümkün olacaq. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yeni strategiyanın təfərrüatlarını açıqlayıb.

Day.Az xezerxeber.com-a istinadən bildirir ki, Azərbaycanın yeni məşğulluq strategiyası hazırlanır. Yeni strategiyanın hazırlanmasında Beynəlxalq Əmək Təşkilatı, BMT-nin inkişaf proqramı və Dünya Bankının mütəxəssisləri də iştirak edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov yeni strategiyanın istiqamətlərinin açıqlayıb...

Strategiyada əsas hədəf işsizlik probleminin qarşısını tam almaqdır.

Demoqrafik göstəricilərin yaxşı olduğunu deyən nazir Səlim Müslümov əsasən gənclərin məşğulluğunun təminatının prioritet olduğuna diqqət çəkib.

Gələn aydan beynəlxalq təşkilatların da müzakirəsinə qoşulacağı məşğulluq strategiyası müsbət rəy aldıqdan sonra Nazirlər Kabinetinə təqdim olunacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.