Taksi sürücülərinə VACİB XƏBƏR

Day.Az представляет новость на азербайджанском языке

Bakı şəhərində fəaliyyət göstərən taksi sürücüləri diqqətli olsunlar. Lisenziyasız fəaliyyət göstərən sürücülər cərimələnə bilər. Lisenziya almaq üçün isə 18 manatlıq rüsumu ödəmək kifayətdir. Üstəlik ilkin mərhəldə avtomobilə toksometrin quraşdırılması tələb edilmir.

Day.Az xezerxeber.com-a istinadən bildirir ki, Bakı nəqliyyat agentliyi tərəfindən taksi sürücülərinə xəbərdarlıq edilib. Fərqlənmə nişanı almadan taksi fəaliyyəti göstərənlər cərimə ediləcək.

İlkin mərhələdə taksi sürücülərindən avtomobilə taksometr quraşdırmaq, şahmat fomralı yapışqanların olması tələb edilmir. Hələlik əsas məqsəd paytaxtdakı taksilərin sayını müəyyənləşdirməkdir.

Hazırda Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri isə şəhərdə hərəktə mane olmadan taksi dayanacaqlarının yaradılması üçün monitorinqlər aparılır. Ancaq belə dayancaqlar bir çox ərazidə metro və ticarət mərkəzlərinin qarşısında olmaya bilər. Bundan başqa taksilər üçün sürət həddi məhduyyətinin tətbiqidə gündəmdədir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.