Sürücülərin

Day.Az представляет новость на азербайджанском языке

Bu gün səhər saatlarında Bakı şəhərinin Ziya Bünyadov prospektində (Ayna Sultanova körpüsü) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, hazırda Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi (Cavanşir körpüsü istiqamətində), Heydər Əliyev prospekti (Heydər Əliyev Mərkəzinə doğru, əsas və kənar yollar), habelə Ağa Neymətulla küçəsi ("N.Nərimanov" metro stansiyası istiqamətində), A.M.Şərifzadə küçəsi (Mətbuat prospekti istiqamətində) və Bakı-Sumqayıt şosesində (Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, nisbi) sıxlıq yaranıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.