Nardaranda növbəti əməliyyat

Day.Az представляет новость на азербайджанском языке

Polis Nardaranda növbəti əməliyyat keçirib.

Day.Az DİN-ə istinadən bildirir ki, Sabunçu rayon Polis İdarəsi 42-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini İmran Ağarəziyevin həyətyanı sahəsinə baxış zamanı orada gizlədilmiş "AK-74" markalı silah, 2 ədəd patron darağı və 90 ədəd patron aşkar edilərək götürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.