"Anchor" südü ilə bağlı "məlumat"lara cavab

Day.Az представляет новость на азербайджанском языке

Son günlər "Anchor" brendinə məxsus südlə bağlı mətbuatda gəzən məlumatlara istehsalçı "Fonterra" şirkətindən rəsmi münasibət bildirilib. 

Milli.Az bildirir ki, yerli mediada qablaşdırmada olan "Anchor" südündən ət parçasının çıxdığı iddia edildikdən sonra araşdırmalara başlanılıb. Araşdırma nəticəsində məlum olub ki, bu böhtan xarakterli məlumatı hazırlamaq və yaymaqda məqsəd brendin istehlakçılarda uzun illərdir formalaşdırdığı imici zədələmək və inamsızlıq formalaşdırmaq olub. 

Xatırladaq ki, Yeni Zelandiyada istehsal olunan və qablaşdırılan, həmçinin bazarın lideri olan markaya qarşı belə addımlara ilk dəfə deyil ki, rast gəlinir. "Fonterra" şirkəti bir daha bəyan edir ki, daim istehlakçılara müasir, təhlükəsiz və keyfiyyət standartları ilə məhsul istehsal etməyi fəaliyyətində əsas prinsip kimi meyar götürüb və bundan sonra da belə davam edəcəkdir. 

İctimaiyyətə bir daha bildirmək istəyirik ki, sözügedən məhsulun iyul ayından etibarən satışı şirkət tərəfindən dayandırılmışdır. Xəbərin çıxdığı sentyabr ayında isə bu məhsul, ümumiyyətlə, bazarda olmamışdır. Sübutsuz və qondarma qarayaxmalarla məşğul olanlara qarşı qanun müstəvisində mübarizə aparmaq hüququnu "Fonterra" şirkəti özündə saxladığını da bildirir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.