Məşhur modelyer Bakıda girov saxlandığı ofisindən çıxarıldı

Day.Az представляет новость на азербайджанском языке

----------------
01.10.2016
15:13

Beş gündür kirayələdiyi ofisində girov saxlanıldığı deyilən Azərbaycanın məşhur modelyeri Leyla Əhmədovadan yeni xəbər var. 

"Qafqazinfo"ya açıqlamasında modelyer bildirib ki, mediada məlumat yayımlanandan sonra polis bu gün hadisə yerinə gəlib və qapıya vurulan dəmir barmaqlıqları söküb. Xanım modelyer isə 5 gündən sonra çölə çıxa bilib.

---------
08:30

Azərbaycanın məşhur modelyeri Leyla Əhmədova artıq beş gündür ki, kirayələdiyi ofisdə binanın sahibi tərəfindən girov saxlanılır.

Milli.Az "Sputnik Azərbaycan"a istinadən bildirir ki, Cəfər Cabbarlı küçəsi, 29-da yerləşən binanın sahibi inşaat biznesi ilə məşğul olan Ağayev Nizami Tofiq oğludur. İcarəçi çalışır ki, L.Əhmədova kirayələdiyi ofisdən çıxsın və böyük məbləğ ödəsin. 2014-cü ilin fevralında L.Əhmədova ilə N.Ağayev arasında beş illik icarə müqaviləsi bağlanıb.

"Nizami Ağayev biznes şəriki Azər Lütvəliyevin və digər başqa qohumlarının dəstəyi ilə belə hərəkət edir. Bu bina "Nizami" metro stansiyasının yanında yerləşən altı mərtəbəli binadır. İcarə haqqında müqavilə Ağayev tərəfindən müəyyən qanun pozuntuları ilə 9 saylı notariat kontorunda bağlanmışdı. Həmin vaxt biz pozuntular haqqında bilmirdik. Məsələn, bilmirdik ki, Ağayevdə bizim tərəfimizdən kirayələnmiş binanın kupçası yox imiş. Notarius özü bu haqda bilsə də, bizə heç nə deməmişdilər. Yoxsa biz Ağayevlə heç vaxt müqavilə bağlamazdıq", - deyə L.Əhmədova bildirib.

L.Əhmədova iddia edir ki, bina tikilən kimi kirayə götürüblər. Müqaviləyə əsasən, modelyer ayda 24 min manat ödəməklə dörd mərtəbə kirayələyib və bu məbləği hər ay ödəmək məcburiyyətindədir. O, maliyyə böhranı ilə əlaqədar olaraq Ağayevdən müqaviləni təkrar gözdən keçirməsini tələb edib. İki yuxarı mərtəbədən imtina edib və şifahi razılaşmaya əsasən, ayda 14 min manat ödəməyə başlayıb. L.Əhmədova güman edib ki, Ağayev göstərilən dəyişiklikləri sənədə daxil edib. Amma, əslində müqavilədə əvvəlki kimi icarə üçün ödəmənin ilkin məbləği - 24 min manat - olduğu kimi qalıb.

L.Əhmədova icarə pulunu iki gün gecikdirdiyinə görə Ağayev binanın ona aid hissəsində elektrik enerjisini kəsib.

"Orada spa-salon, bahalı avadanlıqlar var. Heç bir xəbərdarlıq etmədən elektriki kəsib. Nəticədə, avadanlıq hamısı yanıb. Ağayev bununla mənə 15 min dollar zərər vurub. Kirayələnmiş yerlərin təmiri haqqında heç danışmıram. Mənə 1 milyon manata başa gəldi. Ofisdə mənim tərəfimdən Dubaydan gətirilmiş çox böyük məbləğdə mallar var. Ağayevin hərəkətləri əmlakın qanunsuz olaraq talanmasına bənzəyir. Buna başqa ad vermək olmaz".

İcarə yerindən çıxarılması üçün Ağayev Xətai rayon məhkəməsində Leyla Əhmədovanın 270 min manat ödəməsi tələbi ilə iddia qaldırıb. Hakim Namidad Misirzadə Ağayevin tələbini təmin edib.

L.Əhmədova məhkəmənin qərarından apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi bununla bağlı öz qətnaməsini çıxarıb. Ancaq Ağayev məhkəmənin qərarını (həllini) gözləməyib və 27 sentyabrda gecə saatlarında öz adamlarını Əhmədovanın ofisinə göndərib. Keşikçini oradan qovublar, qapını bağlayıblar. L.Əhmədovanı inandırıblar ki, bina küçədən qorunacaq və heç nə itməyəcək. Səhərisi gün L.Əhmədova arxa həyət vasitəsilə ofisə daxil olduqda ofisdə talan həyata keçirildiyini şahidi olub - dekorasiyalar sındırılıb, 30 min manat civarında parçalar, donlar və pul oğurlanıb. Oğurluq barədə polisə məlumat verilib. Faktla bağlı cinayət işi qaldırılıb. Hələ ki, heç kəs məsuliyyətə cəlb edilməyib.

Ağayevin adamları Moda Evinin giriş qapısını qaynaqlayıblar. Leyla Əhmədova içəridə qalıb. Müstəntiq ona əmlakı qorumaq üçün ofisdə qalmağa icazə verib. Ofisin qapısına isə dəmir barmaqlıqlar vurulub.

"Mən "102" xidmətinə on dəfə, təcili yardıma isə beş dəfə zəng etdim. Özümü pis hiss edirdim, ürəyimdə problemlər yaranmışdı. Beş gündür məni bayıra, mənim yanımasa heç kəsi buraxmırlar. Polis əməkdaşları gəldilər, amma onlar Ağayevin muzdlularının bütün bu qanunsuz hərəkətlərinə laqeyd baxırdılar", - deyə Əhmədova qeyd edib.

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsindən bildiriblər ki, hələlik məhkəmənin qərarı yoxdur, binanın sahibi icarədarı çıxartmaq və ona təsir etmək hüquqlarına malik deyil.

Bütün icraçı orqanlar Ağayevin hərəkətlərinin qanunsuz olduğunu təsdiqləsələr də, biznesmen hələ də Leyla Əhmədovanı girov saxlamaqda davam edir.

----------------
30.09.2016
17:40

Məşhur azərbaycanlı modelyer Leyla Əhmədova öz ofisində ("Modalar evi") məkanı icarəyə götürdüyü binanın sahibi tərəfindən artıq beşinci gündür girov saxlanılır. 

Day.Az bildirir ki, sputnik-ə bu barədə modelyerin özü məlumat verib. 

Onun sözlərinə görə, Cəfər Cabbarlı 29 ünvanında yerləşən binanın sahibi Nizami Tofiq oğlu Ağayev inşaat biznesi ilə məşğuldur. İcarədar Leyla Əhmədovanın icarəyə götürdüyü məkanı tərk etməyi və böyük məbləğdə pul ödəməyi tələb edir.  

2014-cü ilin fevral ayında modelyerlə Nizami Ağayev arasında məkanın beş il müddətinə icarəyə verilməsinə dair müqavilə bağlanıb. 

"Nizami Ağayev biznes tərəfdaşı Azər Lütfəliyev və digər qohumlarının dəstəyinə arxalanaraq hərəkət edir. Bu, "Nizami" metro stansiyası yaxınlığında yerləşən altımərtəbəli binadır. Qeyd etmək lazımdır ki, icarə haqqında müqavilə Ağayev və 9 saylı notarial kontorun notariusuRəşadət Zülfüqar oğlu Sadıxov tərəfindən buraxılan müəyyən qanun pozuntuları ilə bağlanıb.

Müqavilə bağlanarkən biz qanun pozuntuları barədə bilmirdik. Məsələn, Ağayevin icarəyə götürdüyümüz binaya dair kupçasının olmadığını bilmirdik. Notarius bunu bilirdi, amma bizə deməyib. Bunu bilsəydik, müqavilə bağlamazdıq", - zərərçəkən deyib. 

Müqaviləyə əsasən, modelyer dörd mərtəbəni icarəyə götürüb və hər ay 24 min manat icarə verməli idi. Maliyyə böhranı ilə əlaqədar o, Ağayevdən müaviləyə bir də baxmağı tələb edib. O, iki üst mərtəbədən imtina edib və şifahi razılaşmaya görə, 14 min manat ödəməyə başlayıb.

Leyla Əhmədova Nizami Ağayevin müvafiq dəyişiklikləri sənəddə etdiyinə ümidvar idi. Amma, əslində, müqaviləyə əsasən, əvvəlki kimi icarə üçün 24 min manat ödənməli idi. 

Leyla Əhmədova icarə haqqını iki gün gecikdirib, Nizami Ağayev binanın ona aid olan hissəsində işığı söndürüb. 

"Orda spa-salon, bahalı avadanlıq var. O, xəbərdarlıq etmədən elektrik enerjisini kəsə bilməzdi. Nəticədə avadanlıq yanıb. Nizami Ağayevin mənə 15 min dollar məbləğində ziyan vurmasına dair dəlillərim var. Hələ icarəyə götürülən məkanın bir milyon manata başa gələn təmirini demirəm. Bununla əlaqədar müstəqil audit təşkil edilib. 

Bundan başqa, ofisdə Dubaydan gətirdiyim böyük məbləğə başa gələn mallar da var. Ağayevin hərəkətini başqasının əmlakını qanunsuz zəbt etməkdən başqa ad vermək olmaz", - modelyer deyib. 

Məkanın boşaldılmasına nail olmaq üçün Ağayev Xətai Rayon Məhkəməsinə müraciət edib. Bina sahibi Leya Əhmədovadan ona 270 min manatlıq icarə haqqı ödəməsinə tələb edir. Hakim Namidad Misirzadə təyin edilən ekspertizanın Əhmədovanın binanın təmirinə yatırdığı məbləği müəyyən etmədiyini nəzərə almayaraq, bu ilin sentyabrında Nizami Ağayevin tələbini təmin edib. 

Leyla Əhmədova, öz növbəsində, məhkəmənin qərarından şikayət edib və hazırda Apellyasiya Məhkəməsi iş üzrə qərar çıxarmalıdır. Amma Ağayev məhkəmə qərarını gözləmədən sentyabrın 27-nə keçən gecə Əhmədovanın ofisinə öz adamlarını yollayıb. 

Gələn adamlar binanın mühafizəçisini qovaraq qapını bağlayıblar, həmin vaxt hadisə yerinə gələn Əhmədovanı isə binanın bayırdan qorunacağını və heç nəyin itməyəcəyinə əmin ediblər.

Amma Əhmədova səhəri gün binaya arxa həyətdən daxil olarkən ofisin dağıdıldığını görüb. Onun sözlərinə görə, dekorasiyalar sındırılıb, parçalar, paltarlar və 30 min manat məbləğində pul oğurlanıb. Polisə oğurluq haqqında məlumat verilib. Oğurluq faktı üzrə cinayət işi açılıb, istintaq aparılır. 

"Sputnik", öz növbəsində, "Modalar evi"nin yerləşdiyi ərazidə 27 saylı Yasamal Polis Bölməsinə müraciət edib. Polis bölməsindən bildiriblər ki, məhkəmə qərarı olmadan bina sahibi icarəçini ərazidən çıxara və onun əmlakına zərər verə bilməz. Yəni, Nizami Ağayevin hərəkəti faktiki olaraq qanunsuzdur. Bundan başqa, Yasamal Rayon İcra Hakimiyyəti Ağayevə məhkəmə prosesinin davam etdiyi müddət ərzində heç bir tədbir görməməsinə dair dörd dəfə xəbərdarlıq edib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.