Göygöldə qəza: 2 yaralı

Day.Az представляет новость на азербайджанском языке

Gəncə-Göygöl yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Göygöl rayonundan keçən hissəsində qeydə alınıb.
 
"Niva" və "Pejo" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar - "Pejo" markalı maşının sürücüsü, 1972-ci il təvəllüdlü Bəxtiyar Cəfərov və digər sürücü, Göygöl rayon sakini, 1961-ci il təvəllüdlü İlqar Hüseynov xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.