Qazaxda ağır qəza: idarə rəisi öldü, bələdiyyə sədri yaralandı

Day.Az представляет новость на азербайджанском языке

---------
11:39

Qazax rayonu, Çaylı kəndi ərazisində ağır yol qəzası baş verib.

ARB Kəpəz xəbər verir ki, Oqtay Hüseynov "Mercedes" markalı minik avtomobilində idarəetməni itirib, maşın çevrilərək yol kənarına aşıb və yanmağa başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedici

ləri hadisə yerinə cəlb olunublar. Alov söndürülüb. Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yararsız hala düşüb. Müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılıb, vəziyyəti orta-ağırdır. Onun sərnişini, 42 yaşlı Elşad Axundov isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Oqtay Hüseynov Qazax bələdiyyəsinin sədri, Elşad Axundov isə Qazax Evlər İdarəsinin rəisidir.

---------
08:07

Qazaxda "Mercedes" yanıb.

Day.Az  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonun Çaylı kəndi ərazisində "Mercedes " markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yanıb.

Qəza zamanı avtomobilin sahibi müxtəlif bədən xəsarətləri almış, sərnişin 1974-cü il təvəllüdlü Axundov Elşad Şahvələd oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Cəsəd və yaralılar yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyatı üzrə təhvil verilıb.

Əməliyyat saat 23:09-da başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

-----------
18:37

Videonu izləmək üçün şəklə klikləyin:
Qazaxda yol qəzasında idarə rəisi öldü, bələdiyyə sədri yaralandı