Zaur Kamal: "Müğənnilər bütün günü mənə zəng edirlər..."

Day.Az представляет новость на азербайджанском языке

Primetime.az xəbər verir ki, ötən gün tanınmış aparıcı Zaur Kamalın təqdimatında yayımlanan, Xəzər TV-nin ən baxımlı verilişlərindən olan "5-də 5"in həftə sonu buraxılışı baş tutub.  Canlı ifalar, səs-küylü açıqlamalar, məşhurlardan ən maraqlı və qaynar xəbərlər efiri daha da baxımlı edib.

Proqramın qonaqları əməkdar artist Gövhər Rzayeva, nağara ifaçısı Gülağa Quliyev, aşıq Zülfiyyə və uzun zamandır efirlərdə görünməyən Zahidə Günəş olublar. Efirin çox hissəsi canlı ifalara həsr olunub. Verilişin yaddaqalan anlarından biri də Zaur Kamalın Zahidə Günəşdən efirlərdə görünməməsinin səbəbini soruşması olub:

"Çağırmasaq, bir dəfə də zəng etməzsən ki, Zaur, məni efirə çağır. Bəzi müğənnilər var ki, bütün günü mobil telefonuma zəng edirlər. Efirlərə çıxmaq istəmirsiniz?"

Zahidə Günəş də cavabında: "Nə bilim, zəng etməyi özümə sığışdıra bilmirəm. Ona görə bütün gün evdəyəm də (gülür)".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.