Bakı sakini avtomatla gəzirmiş

Day.Az представляет новость на азербайджанском языке

Bakı sakinindən silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsi 30-cu Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərahim Qasımovdan "AKM" markalı silah, patron darağı və 48 ədəd patron götürülüb.

Bundan başqa, Şəki şəhər rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Göynük kənd sakinləri Vaqif Qarabəyovdan "TOZ-16", Çingiz Umarovdan isə "İJ-28" markalı müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.