Tanınmış aktyor maşınla adam vurdu

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə iyun ayının 20-də qəza faktı qeydə alınıb.

Milli.Az NTV-yə istinadla bildirir ki, İzmirdə motosikletlə gəzintiyə çıxan 19 yaşlı Oğuzhan Ateş qəzaya düşüb. O, qarşısına it çıxdığına görə idarəetməni itirərək yerə yıxılıb. Oğuzhan yıxılan zaman yaralı olsa da, üzərindən maşın keçdiyinə görə həyatını itirib.

Polis onun üzərindən keçən maşının sürücüsünün kimliyini araşdırıb. Nəticədə məlum olub ki, 19 yaşlı Oğuzhan Ateşin maşınla üzərindən keçən şəxs tanınmış Yeşilçam aktyoru 75 yaşlı Ergül Buharalı imiş. 

19 yaşlı gəncin atası aktyorun cəzalandırılmasını tələb edir:

"Əgər bilmədən oğlumu vurub sonra da xəstəxanaya aparsaydı, onda belə deməzdim, amma indi vəziyyət başqa cürdür. Yaralı oğluma kömək etməkdənsə onun üstündən keçib".

Aktyor isə deyilənləri boynuna almır. 

Məsələ ilə bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:

Tanınmış aktyor maşınla adam vurdu

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.