İŞİD fotostudiyaları yasaqladı

İŞİD terror qruplaşması İraqın Mosul şəhərində bütün fotostudiyaların fəaliyyətinə qadağa qoyub. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "As Sumaria" telekanalı məlumat yayıb.
 
Məlumata görə, İŞİD İraqdakı "paytaxtı" Mosulda fotoatelyelərin fəaliyyətinə "xüsusi göstəriş verilənədək" müvəqqəti qadağa qoyub.
 
Məhdudiyyətin səbəbləri açıqlanmır.
 
Bundan başqa, İŞİD başçıları silahlılara da, səbəbindən asılı olmayaraq, istənilən fotoşəkil çəkməyə qadağa qoyub.