Barış Mançonun oğlu xəstəxanalıq oldu

Day.Az представляет новость на азербайджанском языке

Məşhur müğənni Barış Mançonun oğlu, "DJ Manço" ləqəbli Doğukan Manço  emalatxanada dəzgahda iş görərkən xəsarət alıb.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, Doğukan xüsusi qoruyucu eynək taxmadan dəzgah arxasına keçib və xırda metal hissəciklər gözünə batıb.

Dicey dərhal xəstəxanaya yerləşdirilib.

D.Manço hadisə barədə sosial mediada status yazaraq səhv etdiyini bildirib:

"Bir cahillik etdim. Hər zaman qoruyucu eynək taxardım, amma bu dəfə eynəyi tapa bilmədim. "10 saniyəlik işim var, heç nə olmaz" deyərək dəzgah arxasına keçdim. Nəticədə gözümdən metal hissəciklər çıxardılar".

Doğukan digər insanlara qoruyucu olmadan dəzgahda iş görməməyi məsləhət görüb:

"Vəziyyətim yaxşdır, məndən ötrü narahat olmayın. Hər zaman təhlükəsizliyinizə diqqət yetirin. Paylaşdım ki, oxşar hadisə sizin də başınıza gəlməsin".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.