"Azərbaycan Dəmir Yolları" Rusiya şirkəti ilə birgə müəssisə yaradıb
Day.Az представляет новость на азербайджанском языке
Rusiyanın "Rusaqrotrans" "Azərbaycan Dəmir Yolları" QSC ilə "Azrustrans" adlı birgə müəssisə yaradıb.
Day.Az APA-ya istinadən bildirir ki, bu gün birgə müəssisənin təqdimatı keçiriləcək.
Şirkət sentyabr ayının əvvəlində Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Müəssisənin 51%-i "Azərbaycan Dəmir Yolları" QSC-yə, 49%-i isə "Rusaqrotrans"a məxsusdur.
Şirkət taxıl daşımaları ilə məşğul olacaq. İlkin mərhələdə müəssisə taxıl daşıyan vaqonları səhmdarlarından icarəyə götürəcək, sonrakı mərhələdə isə öz parkını yaradacaq. Hesablamalara görə, şirkət 2500-3000 vaqon almaq niyyətindədir.
Şirkət Türkiyə və İrana taxıl tranzitini həyata keçirəcək. Bunu nəzərə alaraq səhmdarlar Azərbaycan-İran sərhədində 30 min ton taxıl saxlamaq iqtidarında olan terminal tikmək niyyətindədir. Sonrakı mərhələdə terminalın imkanları genişləndirilə bilər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре