"Barselona"nın ulduz futbolçusundan separatçılara dəstək

Day.Az представляет новость на азербайджанском языке

İspaniya Milli Komandasının ulduz futbolçusu Cerard Pikenin ötən axşam Albaniya ilə 2018-DÇ-nın seçmə mərhələsi çərçivəsində oynanılan səfər matçında bir hərəkəti diqqət çəkib.

Milli.Az haberler.com-a istinadən bildirir ki, "Barselona"nın mərkəz müdafiəçisi formasının qol nahiyəsindəki İspaniya bayrağını söküb.

İspaniyanın Albaniya ilə qarşılaşdığı və buğaların 2-0 qalib gəldiyi oyunda Pikenin bu hərəkətinin ispan azarkeşlərin böyük təpkisinə səbəb olacağı gözlənilir.

Kameradakı görüntülərdən komandadakı digər  futbolçuların bayrağı sökmədikləri açıq sezilir.

Qeyd edək ki, Pike Katalon milliyyətçiliyi ilə tanınır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.