Bakıda dəhşətli qəzada bir ailənin üç üzvü yaralandı

Day.Az представляет новость на азербайджанском языке

Bakıda minik avtomobili aşıb.

Day.Az bildirir ki, Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zığ-Hövsan yolunda qeydə alınıb. 47 yaşlı Azər Dadaşlı idarə etdiyi "Land Cruiser" markalı avtomobili aşırıb. Nəticədə sürücü və avtomobildə olan ailə üzvləri  - Tahirə Dadaşlı və 12 yaşlıAğa Dadaşlı xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.