Ata olmağı gözləyirdi, şəhid oldu

Day.Az представляет новость на азербайджанском языке

Ötən gün Türkiyədə, Hakkaridə növbəti terakt törədilib. Terror nəticəsində 10 əsgər şəhid olub.

Milli.Az NTV-yə istinadla bildirir ki, Türkiyənin Hakkari rayonunun Şəmdinli qəsəbəsində "Durak Jandarma" hərbi postuna bomba yüklü avtomobillə hücum nəticəsində şəhid olan əsgərlərdən birinin həyat yoldaşının 4 aylıq hamilə olması barədə məlumat əldə edilib.

Çavuş Bayram Aksunun ölüm xəbəri onun ailəsini yasa boğub. Qara xəbəri eşidən qohumlar və qonşular şəhidin evinə yığışıblar. Xanımı hamilə olan çavuşun şəhid düşməsi hər kəsi məyus edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.