Bağlanan bankın rəhbər şəxsləri məhkəmədə qandallandılar

Day.Az представляет новость на азербайджанском языке

Ləğv olunan "Royalbank" ASC-nin keçmiş rəhbər şəxsləri Orxan Məmmədov, Pərviz Vəliyev və Ruslan Abbasovun barəsində birinci instansiya məhkəməsinin hökmdən prokuror tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

Day.Az lent.az-a istinadən bildirir ki, Bakı Apellyasiya Məhkəsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, dövlət ittihamçısının protesti təmin edilib.

P.Vəliyev və R.Abbasov barəsində olan şərti cəza ləğv edilib. Onlar 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar məhkəmə zalında həbs ediliblər. Təqsirləndirilən şəxslərin vəkilləri Ali Məhkəməyə kassasiya şikayəti veriblər.

Qeyd edək ki, "Royalbank" ASC-nin 4 saylı filialının keçmiş rəhbər şəxsləri O.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-c (mənimsəmə), P.Vəliyevlə R.Abbasov isə 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Məmmədov 8 il 6 ay və P.Vəliyevlə R.Abbasov isə 5 il müddətinə şərti cəza verilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.