Ərdoğan və Putin bu gün görüşür:

Day.Az представляет новость на азербайджанском языке

"Türk axını" qaz boru kəməri (Turkish Stream) layihəsi üzrə Rusiya ilə Türkiyə arasında hökumətlərarası saziş İstanbulda imzalana bilər.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novakdeyib. O bildirib ki, İstanbulda işinə başlayan XXIII Dünya Enerji Konqresi çərçivəsində oktyabrın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putingörüşəcək. "Türk axını" layihəsi üzrə Rusiya ilə Türkiyə arasında hökumətlərarası saziş həmin görüşdə imzalana bilər.

"Bu böyük bir layihədir və çox ətraflı iş tələb edir. Hazırda hökumətlərarası sazişin tamamlanması üçün işlər aparılır. Ərdoğan və Putin görüşündə bu sazişin hazır olmasını istəyirik", - deyə nazir əlavə edib.

Qeyd edək ki, "Türk axını" ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.