20 İŞİD-çi öldürüldü

Day.Az представляет новость на азербайджанском языке

Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində pilotsuz uçuş aparatlarının endirdiyi zərbələr nəticəsində İŞİD qruplaşmasının ən azı 20 yaraqlısı zərərsizləşdirilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, yerli güc strukturlarının məlumatına əsasən, hava hücumlarının hədəfi Nazian və Aşin rayonları olub.

Hücum nəticəsində yerli sakinlərdən heç kimin xəsarət almadığı bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.