Aygün Kazımova aparıcılarla barışdı

Day.Az представляет новость на азербайджанском языке

Xalq artisti Aygün Kazımova aparıcılar Ranar Musayev və Kamilə Babayeva ilə barışıb. 

Day.Az axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda "ATV maqazin onlarla" verilişində deyib. A.Kazımova onların aparıcısı olduğu "5-ci element" verilişinə qonaq qismində qatılıb.
 
İfaçı K.Babayeva və R.Musayevdən inciməsi haqda bunları deyib:

"Düzdür, küsmüşdük. Sonra bir süjet hazırlandı, onların verilişdə etiraf etmədiyi orada yer aldı".

Xatırladaq ki, aparıcılarla A.Kazımovanın küsülülüyünün səbəbi xalq artisti Brilliant Dadaşova olub. B.Dadaşova "5-ci element"də A.Kazımovanın ünvanına "Konsert zamanı zalı doldura bilmədiyi üçün məcburən jurnalistləri götürüb, mənim doldurduğum zala gəlmişdi" deməsi və bu sözləri K.Babayeva ilə R.Musayevin təsdiqləməsi olmuşdu. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.