Çexiya - Azərbaycan: 17-ci duel

Day.Az представляет новость на азербайджанском языке

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya - Azərbaycan oyunu iki ölkənin futbol komandaları arasında 17-ci rəsmi matç olacaq.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, indiyədək baş tutan 16 görüşdən 6-sı yığma, 10-u klub səviyyəsində baş tutub. Bu qarşılaşmalardan 10-u kişi, 6-sı qadın komandaların iştirakı ilə keçirilib.

Əsas yığmalar arasındakı yeganə görüş 7 il əvvəl BƏƏ-də baş tutub. Yoxlama xarakterli beynəlxalq turnirdə keçirilən qarşılaşmada millimiz Çexiyanı 2:0 hesabı ilə məğlub edib.
 
Digər 9 qarşılaşma avrokuboklara təsadüf edib. Klublarımız cəmi 4 heç-heçəylə kifayətlənib və 5 dəfə uduzublar. Bu qarşılaşmalarda top fərqi 4-18-di.
 
Qadın komandalar isə 2 dəfə əsas, 2 dəfə U-19, 1 dəfə U-17, 1 dəfə klub səviyyəsində üz-üzə gəlib. Cəmi 1 qələbəsi olan xanımlar 5 dəfə böyük hesablı yenilgiyə üzülüb. Cəmi 3 top vuran komandalarımız 24 top buraxıb.
 
Ümumilikdə, 16 matçda cəmi 2 qələbəsi olan təmsilçilərimiz 4 heç-heçə edib və 10 dəfə uduzublar. Çexiyalıların qapısına 9 qol vuran komandalarımız 42 top buraxıb. Sabah baş tutacaq görüşdə vurulacaq ilk qolumuz 10-cu olacaq.
 
Əsas milli
18.11.2009. Azərbaycan - Çexiya - 2:0
 
Avrokuboklar
23.07.1997. "Yablonets" (Çexiya) - "Qarabağ" - 5:0
30.07.1997. "Qarabağ" - "Yablonets" (Çexiya) - 0:3
26.07.2000. "Slaviya" (Çexiya) - "Şəmkir" - 1:0
02.08.2000. "Şəmkir" - "Slaviya" (Çexiya) - 1:4
10.08.2006. "Karvan" - "Slaviya" (Çexiya) - 0:2
24.08.2006. "Slaviya" (Çexiya) - "Karvan" - 0:0
26.07.2016. "Viktoriya" (Çexiya) - "Qarabağ" - 0:0
02.08.2016. "Qarabağ" - "Viktoriya" (Çexiya) - 1:1
15.09.2016. "Qarabağ" - "Slovan" (Çexiya) - 2:2
 
Qadınlar
27.03.2010. Azərbaycan - Çexiya - 0:5
25.08.2010. Çexiya - Azərbaycan - 8:0
 
Avrokubok (qadınlar)
13.09.2005. "Gömrükçü" - "Sparta" (Çexiya) - 0:3
 
U-19 (qızlar)
29.09.2005. Azərbaycan - Çexiya - 0:3
25.09.2008. Azərbaycan - Çexiya - 2:1
 
U-17 (qızlar)
28.09.2015. Azərbaycan - Çexiya - 1:4

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.