Cavid Qurbanov: "Qazaxıstanın təcrübəsini öyrənmək bizim üçün vacibdir"

Day.Az представляет новость на азербайджанском языке

""Azərbaycan Dəmir Yolları" QSC-nin Qazaxıstanda nümayəndəliyinin açılması dəmir yolu sahəsində iki ölkə arasında əlaqələrin gələcək inkişafına istiqamətlənib".

Day.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, ötən il Qazaxıstan üzərindən Çindən 1,2 milyon konteyner daşınıb: "Buna görə də bu sahədə Qazaxıstanın təcrübəsini öyrənmək bizim üçün vacibdir".

C.Qurbanov qeyd edib ki, bu günlərdə Qazaxıstanda "Azersun" şirkətinin tikdiyi Azərbaycan logistik mərkəzinin açılışı olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.