Sarkisyan qubernatorları istefaya göndərir

Day.Az представляет новость на азербайджанском языке

Ermənistanda qubernatorlar arasında kütləvi istefaların olacağı gözlənilir.

Day.Az azvision.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın "Aykakan Jamanak" qəzeti xəbər yayıb. 

Nəşrin məlumatına görə, bütün vilayət administrasiya rəhbərləri bu səhər prezident iqamətgahına dəvət olunublar. Danışıqların mövzusu daha əvvəl siyasi dairələrdə müzakirə olunan qubernatorlardan bəzilərinin istefası olacaq.
"İsefaya göndəriləcək qubernatorlar arasında Ararat vilayətinin rəhbəri Rubik Abramyan, Armavir vilayətinin rəhbəri Aşot Kaqramyan, Lori vilayətinin rəhbəri Artur Nalbandyanın da adları var", - deyə yazıda bildirilir. 

Ararat vilayətinin rəhbəri Rubik Abramyanın istefaya göndəriləcəyi birmənalıdır. Onun yerinə sabiq ətraf mühitin qorunması naziri Aramis Qriqoryanın təyin olunacağı bildirilir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.