Baş nazir: "Türkiyə Azərbaycanla birlikdə Avropanın..."

Day.Az представляет новость на азербайджанском языке

""Cənub Qaz Dəhlizi" sayəsində Türkiyə Azərbaycanla birlikdə Avropanın enerji təhlükəsizliyini gücləndirəcək".

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım 23-cü Dünya Enerji Konqresində deyib.

Onun sözlərinə görə, Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi vacib layihələri həyata keçirib: "Türkiyə Azərbaycanla birlikdə Transanadolu boru kəmərinin köməkliyi ilə Avropanın enerji təhlükəsizliyini gücləndirəcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.