"Bozbaş pictures"in Şirini xəstəxanalıq oldu?

Day.Az представляет новость на азербайджанском языке

"Bozbaş pictures" serialından Şirin obrazı ilə tanınan aktyor Nicat Rəhimovun xəstəxanalıq olması ilə bağlı xəbərlər yayılıb. Xəbəri təsdiqləmək üçün Milli.Az-ın əməkdaşı aktyor ilə əlaqə saxladı. Amma nədənsə aktyor telefon zəngimizə cavab vermədi. Bir neçə saatdan sonra yenidən əlaqə yaradarkən başqa bir kəs telefonu qaldırdı. Jurnalist olduğumuzu bilib dəstəyi asdı. Yayılan xəbərlər böyük ehtimalla şayiə olmalıdır. Çünki aktyor hazırda "Stalinin başı" adlı kinokomediyada çəkilir. Hətta bir neçə gün öncə xəstə yatağında fotolarını da paylaşmışdı. Nəhayət, Nicatla əlaqə saxlayıb məsələyə aydınlıq gətirdik.

"Siz zəng edərkən mən çəkilişdə olmuşam. Ona görə də telefonu yaxın dostum götürüb. İndi mən şəkil paylaşmayım ki, bunu camaat başqa yerə yozur? Paylaşdığım fotoda mən gülümsəmişəm və qeyd etmişəm ki, film çəkilişindəndir. Maşınla foto paylaşıram, deyirlər ki, Nicata maşın bağışladılar. Mən nə edim? (gülür). Təbii ki, bütün bunların hamısı şayiədir", - deyə aktyor bildirib.

Qeyd edək ki, film Gürcüstanda, Qusarda və hazırda Bakıda çəkilir. Ekran işi mart ayında təqdim olunacaq. Bu Nicat haqqında yayılan ilk şayiə deyil. Bundan əvvəl ona maşın bağışlanması, şəhərdə Şirin adlı marketlərin ona aid olması şayiələri də yayılmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.