Əməkdar artist ağladı: "Anam onun-bunun qapısında böyüyüb"

Day.Az представляет новость на азербайджанском языке

ARB TV-nin "Ömrün fəsilləri" verilişinə qonaq olan əməkdar artist Nəcibə Hüseynova maraqlı açıqlamalar verib.

"Təhminə" filmindəki "Təhminə" obrazını səsləndirən aktrisa ailəsi və keçmişi ilə bağlı bunları söyləyib:

"Bakılıyam. Ailəmiz çox sadə olub. Atam və anamın gəncliyi müharibə dövrünə düşüb deyə təhsil ala bilməyiblər. Atam müxtəlif detallardan cəbhə üçün silah-sursatın hissələrini hazırlayırdı. Anam erkən yaşlarından yetim qalıb. Ögey ananın ümidinə qalan anam çətin zamanlar yaşayıb. Erkən yaşlarından işləməyə məcbur olub. Onun-bunun qapısında böyüyüb. Valideyn qayğısı görməyib. Atamla tanış olanda müharibə yeni-yeni bitirdi. Toy eləmədən evləniblər. Atam zavodda işini davam edirdi, anam da yeni işə başlamışdı. Məni uşaq bağçasına vermişdilər. Həftədə bir dəfə onların üzünü görürdüm. Anam 2000-ci ildə vəfat etdi. Yoxluğunu qəbul etmək çətindir".

Videonu izləmək üçün şəklə klikləyin:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.