SOCAR Avstriya şirkətinin İzmirdəki terminalını alır

Day.Az представляет новость на азербайджанском языке

SOCAR İzmirdə OMV Petrol Ofisi terminalının əldə edilməsi barədə razılığa gəlib.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu "SOCAR Turkey Energy"nin baş direktoru Zaur Qəhrəmanov deyib.

Onun sözlərinə görə, terminal əldə edildikdən sonra SOCAR-ın Türkiyəyə investisiyaları 18 milyard dollara çatacaq.

Z.Qəhrəmanov qeyd edib ki, saziş 2016-cı ilin sonunadək imzalana bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.