Ermənistanda kapitan avtoqəzada ölüb

Day.Az представляет новость на азербайджанском языке

Bu gün İcevan-İrəvan avtomobil yolunda hərbçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın news.am-a istinadən verdiyi məlumata görə, "Mercedes" və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində ağır xəsarət alan sürücüsü Vaçaqan Hayrabetyan ölüb. 

Shamshyan.com-a görə, kapitan rütbəli hərbçi Vaçaqan Hayrabetyan Ermənistan Silahlı Qüvvələrində xidmət edirmiş.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.