Kamranın komandası baş məşqçisiz qaldı

Day.Az представляет новость на азербайджанском языке

Day.Az cbcsport.tv-yə istinadən bildirir ki, millimizin qapıçısı Kamran Ağayevin komandası "Boavişta"da gözlənilməz ayrılıq yaşanıb. Klubun rəsmi saytının verdiyi məlumata görə, baş məşqçi Ervin Sançez ilə yollar ayrılıb. "Boavişta" 46 yaşlı mütəxəssisə gələcək karyerasında uğurlar arzulayıb. 

Qeyd edək ki, Ervin Sançez 2015-ci ildən "Boavişta"nın baş məşqçisi idi. Komanda 7 turdan sonra 13-cü pillədə qərarlaşıb.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.