Bakıda "London taksisi" qəza törədib

Day.Az представляет новость на азербайджанском языке

Bakıda "London taksisi" qəza törədib.

Day.Az bildirir ki, report-un xəbərinə görə, yol-nəqliyyat hadisəsi paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Hənifə Ələsgərov küçəsində "Opel" markalı avtomobillə "London taksi" xidmətinə məxsus avtomobil toqquşub. Xəsarət alan olmayıb. "Opel" markalı avtomobil deformasiyaya uğrayıb.

Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. İlkin ehtimala görə, qəzaya səbəb "London Taksi" xidmətinə məxsus avtomobilin sürücüsünün səhvi olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.