1 yaşlı körpəni təkbaşına avtomobildə qoyub getdilər

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə daha bir səs-küylü olay qeydə alınıb.

Day.Az haberler.com-a istinadən bildirir ki, 1 yaş yarımlıq oğul övladlarını kilidlənmiş mikroavtobus tipli maşınlarının içində yatmış vəziyyətdə tək qoyan 60 yaşlı Mehmet B. ilə həyat yoldaşı Leyla B. gəzintiyə çıxıblar.

Uşağın bağlı qapı arxasında çarəsiz qaldığı xəbərini alan polis işçiləri 30 dəqiqə boyunca mikroavtobusu açmağa çalışıblar.

Qapını aça bilməyəcəklərini görən polislər avtomobilin şüşəsini qırmaq istəyərkən hadisə yerinə dönən valideynlər qapını açıblar. Polisin sərt reaksiyası ilə qarşılaşan cütlük uşaq yatdığı üçün bu addımı atdıqlarını deyib. 

Polislər uşağın səhlənkar valideynlərinə şifahi xəbərdarlıq edərək hadisə yerindən gediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
1 yaşlı körpəni təkbaşına avtomobildə qoyub getdilər