Çexiya-Azərbaycan matçının canlı yayımlanacağı kanallar

Day.Az представляет новость на азербайджанском языке

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də səfərdə Çexiya ilə qarşılaşacaq milli komandamızın oyunu canlı yayımlanacaq.

Goal.az xəbər verir ki, Ostrava şəhərindəki "Vitkovitse" stadionunda keçiriləcək qarşılaşmanı ölkəmizdə İctimai Tv canlı yayımlayacaq. Sözügedən oyunu Rusiyanın "Matç! Arena" kanalı da azarkeşlərə canlı nümayiş etdirəcək. Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.