Şahin Mustafayev Tacikistan səfiri ilə görüşüb

Day.Az представляет новость на азербайджанском языке

İqtisadiyyat naziri Şahin Mustafayev Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidovu qəbul edib.

Day.Az bildirir ki, Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Tacikistan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra konkret məsələlər və əlaqələrin inkişafı perspektivləri müzakirə edilib.

Görüşdə həmçinin, bu il keçiriləcək Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın iclasının gündəliyi barədə fikir mübadiləsi aparılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.