Gəncədə ağır qəza: 3 uşaq atası öldü

Day.Az представляет новость на азербайджанском языке

---------
20:55

ARB Kəpəz xəbər verir ki, Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Qəza İmamzadə yolunda qeydə alınıb.

"Mercedes" markalı avtomobilin qəzaya uğraması nəticəsində sürücü, 30 yaşlı Əli Hüseynov dünyasını dəyişib. Həmin vaxt ərazidən keçən şəhər sakini Hüseynovu Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirib.

Məlumata görə, o, xəstəxanaya gətirilərkən artıq keçinmiş vəziyyətdə olub. Mərhum ailəli idi,  3 övladı var. 

Faktla bağlı araşdırma aparılır.

---------
20:15

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un verdiyi məlumata görə, bu gün axşam saat 19:00-da şəhərin "İmamzadə" kompleksinə gedən yolda 20 CK 079 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü, Samux rayon sakini, 1986-cı il təvəllüdlü Əli Hüseynov idarəetməni itirərək yol kənarındakı beton divara çırpılıb. O, yaxınlıqdakı insanların köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.