İsmayıllıda qeyri-adi təbiət hadisəsi

Day.Az представляет новость на азербайджанском языке.

İsmayıllı rayonunda qışın gəlməsinə az qalmış ağaclar çiçək açıb.

ARB Şəki xəbər verir ki, hadisə Rövşən Cənnətalıyevin həyətyanı sahəsində baş verib. Onun sözlərinə görə, bu il ikinci dəfədir ki, ağaclar çiçəkləyib. Məhsul vaxtı isə güclü dolu ağaclarda olan meyvəni yararsız hala salıb.

Ev sahibi ilk dəfədir kİ, həyətində belə bir halın baş verdiyini bildirir. Qonşularda və ətraf ərazilərdə belə hal yaşanmayıb. Həyətdə olan 10 növ meyvə ağacından 3-ü - alma, armud və alça ağacı çiçəkləyib. Artıq alça ağacı bar verməyə başlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.