Xəstəxana: Samuxda qaz partlayışından zərərçəkənlərin vəziyyəti ağırdır

Day.Az представляет новость на азербайджанском языке

---------
11:07

Samuxun Aşağı Ağasıbəyli kəndindəki yaşayış evində baş verən partlayışdan zərər çəkənlərin vəziyyəti ağırdır.

Gəncə Şəhər Təcili Tibii Yardım Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisədən zərər çəkən 1965-ci il təvəllüdlü Zemfira İsmayılova 45 faiz, onun həyat yoldaşı 1961-ci il təvəllüdlü Naçar İsmayılov 65 faiz yanıq xəsarəti alıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsində müvəqqəti yerləşdirilən xəstələr gün ərzində Bakıdakı Respublika Yanıq Mərkəzinə köçürüləcəklər.

Qeyd edək ki, partlayış Naçar İsmayılov yaşadığı mənzildə qaz sobasını yandırmaq istəyərkən baş verib. Partlayışın evə qaz sızmasından baş verdiyi bildirilir.

----------
09:23

Samuxda yaşayış evində partlayış olub.

Day.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşağı Ağasıbəyli kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Naçar İsmayılov yaşadığı mənzildə qaz sobasını yandırmaq istəyərkən partlayış baş verib. Nəticədə N. İsmayılov və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zemfira İsmayılova yanıq xəsarətləri alıblar. Onlar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan şəxslərə dərhal tibbi yardım göstərilib və onların Bakıda aidiyyəti üzrə xəstəxanaya göndərilməsi nəzərdə tutulur.
Partlayışın evə qaz sızmasından baş verdiyi bildirilir.

Videonu izləmək üçün şəkilə klikləyin.

Samuxda partlayış oldu: yaralılar var

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.