Coşqun əməliyyatdan sonra ilk dəfə efirə çıxdı

Day.Az представляет новость на азербайджанском языке

"Bu şəhərdə" komandasının ssenaristi Müşviq Abbasov, üzvləri əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov "Nəsib olsa" verilişinə qonaq olublar. 

Axşam.az-ın məlumatına görə, C.Rəhimov əməliyyat etdirdikdən sonra ilk dəfə efirə çıxıb. O, hazırda səhhətinin yaxşı olduğunu deyib.

R.İsgəndərov noyabrın 4-dən 8-nə kimi Heydər Əliyev Sarayında baş tutacaq konsertlərindən bəhs edib: ""Xəzər" telekanalının bir verilişini parodiya edəcəyik. Bu dəfə də aktual mövzulara toxunmuşuq".

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən C.Rəhimov bir müddət əvvəl üçüncü dəfə əməliyyat olunmuşdu.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.