Ronaldinyonu Bakıda müşayiət edən izdiham

Day.Az представляет новость на азербайджанском языке

Məşhur braziliyalı futbolçu Ronaldinyonun Bakı səfərinin yeni videosu yayılıb. 

Day.Az baku.ws-ə istinadən bildirir ki, ulduz futbolçu fanatlarının sevgisi ilə qarşılaşıb.
 
Olimpiya stadionunda onunla şəkil çəkdirmək istəyən fanatlar bir-biri ilə yarışıblar. 
 
Qeyd edək ki, "Qəbələ" İdman Klubu növbəti layihəsini məhz Ronaldinyo ilə birlikdə həyata keçirməyə hazırlaşır. Milyonlara topu sevdirən braziliyalı ölkəmizdə də bu missiyanın reallaşdırılmasında əvəzsiz rol oynayacaq.

Məlum olduğu kimi, futbolçunun doğulub boya-başa çatdığı Qremio şəhərində, həmçinin BƏƏ-nin Dubay şəhərində Ronaldinho Soccer Academy fəaliyyət göstərir. Bu məktəblərdən növbətisi məhz klubumuzun dəstəyilə Bakıda açılacaq.

Videonu izləmək üçün şəkilə klikləyin.

Ronaldinyonu Bakıda müşayiət edən izdiham

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.