Xalq artistinin oğlu həlak oldu

Day.Az представляет новость на азербайджанском языке

----------
16:51

Xalq artistinin oğluna səbəb olan sürücünün kimliyi bilindi.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 21-də saat 01 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Xankişi Xankişiyev idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən həmyerlisi Rəşad Zöhrabovu vurub.

Xəstəxanaya yerləşdirilmiş R.Zöhrabov ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

----------
10:04

AzTV-nin rejissoru Rəşad Zöhrabov faciəli şəkildə dünyasını dəyişib.

Day.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı AzTV-nin əməkdaşı Ruslan Həsənov sosial şəbəkədəki səhifəsində yazıb. Qeyd edib ki, hadisə oktyabrın 20-də axşam saatlarında baş verib. 

Yolu keçmək istəyən Rəşad Zöhrabovu avtomobil vurub. Həkimlərin müdaxiləsinə baxmyaraq, o, bir gün sonra müalicə aldığı xəstəxanada keçinib. Dünyasını dəyişən rejissorun dörd övladı var. 

Rəşad Zöhrabov tanınmış bəstəkar və musiqişünas, xalq artisti Ramiz Zöhrabovun oğludur.

Ruslan Həsənov bildirib ki, mərhumla vida mərasimi Təzə Pir Məscidinin "Vida" zalında olacaq. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.