İki ailənin yaşadığı evdə faciə: yaşlı qadın yanıb öldü

Day.Az представляет новость на азербайджанском языке

Beyləqan rayonunda ümumi sahəsi 240 m2 olan, kürsülü, bir dam altında yerləşən, 2 ailənin yaşadığı evdə vətəndaşa məxsus, ümumi sahəsi 120 m2 olan 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb.

Day.Az FHN-ə istinadən bildirir ki, yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1942-ci il təvəllüdlü Əliyeva Elmira Əkbər qızının yanmış meyidi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə edilib.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.